Abituriyentlərin hazırlanması

Abituriyent hazırlığı


GÜNƏŞ KURSLARI
Şagirdlərin nəzərinə GÜNƏŞ Kurslarında tədris TQDK-nın qəbul proqramı əsasında aparılır. Hər qrupda 5 fənn tədris olunur.

MÜƏLLİMLƏRİMİZ
Kursumuzda yalnız peşəkar müəllimlər fəaliyyət göstərirlər.

SİNİFLƏRİMİZ
Siniflərimiz müasir tələblərə cavab verən, yenicə təmirdən çıxmış və dizayn edilmişdir.

İMTAHANLARIMIZ
İmtahanlarımız TQDK-nın qəbul proqramına əsasən hazırlanır. İmtahan nəticəsi optik oxuyucu vasitəsi ilə yoxlanılıb şagirdlərə verilir və həmçinin saytda www.guneshedu.az saytında yerləşdirilir.

KUİZLƏR
İl ərzində hər fənnin mövzularına uyğun olaraq hər həftə imtahanlar keçirilir. Məqsədimiz abituriyentlərin mövzuları dərindən mənimsəməsidir.

SINAQLAR
Hər ay keçirilən mövzu sınaq imtahanı abituriyentlərin bir ay ərzində öyrəndikləri mövzuları əhatə edir. Bu sınaqların nəticəsində abituriyentlərin inkişafı müəyyənləşdirilir.
Aprel ayından etibarən hər ay Ümumi Sınaqlar keçirilir və dərs saatları artırılır. Beləliklə, abituriyentlər Qəbul İmtahanına tam hazırlaşırlar.
Mövzu və Ümumi Sınaqların əhəmiyyəti də ondan ibarətdir ki, il ərzində imtahanlarda iştirak edən abituriyentlər Qəbul imtahanının psixoloji həyəcanından xilas olurlar.

DƏRSLƏRƏ NƏZARƏT
Şagirdin dərsə davamiyyəti ciddi şəkildə hər dərs yoxlanılır. Davamiyyəti aşağı olan və dərsə zəif cavab verən şagirdin valideynləri ilə dərhal həmin gün əlaqə saxlanılaraq məlumatlandırılır.

TƏLƏBƏ HƏYATI
Şagirdlərimiz üçün yaradılmış "abituriyent həyatı"nı bizimlə yaşayın. Ali məktəbə qədəminizi bizimlə qoyun.