Dövlət qulluğuna hazırlıq

Dövlət qulluğuna hazırlıq


Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluğuna qəbul şərtlərində orduda xidmətlə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqda olmayan vətəndaş dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqə və müsahibədə iştirak edə bilər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılır:
1.Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;
2.Qanunvericilik sahəsində;
3.İnformasiya texnologiyaları sahəsində;
4.Məntiqi düşünmə qabiliyyəti sahəsində.