Haqqımızda

Günəş Kursları 5 ildir ki fəaliyyətə başlayıb və bu gün də müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq təhsildə və digər xidmətlərində yenilikləri tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən bir şirkətdir. Günəş Kurslarının işçi heyəti yüksək səviyyədə ünsiyyətcil, bacarıqlı, müasir təhsil görmüş, tanınmış yerli və xarici universitetlərin məzunları, yerli və xarici şirkətlərdə məsul vəzifələrdə çalışmış işçilər və mütəxəssislərdən ibarətdir.Burada həm yüksək bilik və bacarığa malik müəllim heyəti, həm də sırf imtahanlara hazırlaşdırmaq üzrə yüksək təcrübəyə malik peşəkarlar çalışır
Günəş Kurslarında tələbələrə lazımi biliklərlə yanaşı, stresli vəziyyətlərə qarşı hazırlıqlı olmaq da tədris edilir. Peşəkar kollektiv tələbələrin uğur qazanması üçün vahid komanda şəklində çalışır.

Üstünlüklərimiz
Müxtəlif sahələr üzrə əhəmiyyətli təcrübə
Qərarların qəbulu zamanı yüksək çeviklik və effektivlik
İşçilərin yüksək peşəkarlığı
Güclü texniki dəstək xidmətləri
Operativ şəkildə materiallarla təchizolunma
Hər tələbəyə fərdi yanaşma
Rahat ödəniş sxemləri
Müştəridən əvvəl verilən qərarlara görə məsuliyyət
Yüksək nəticə göstərmiş tələbələrimizə güzəştlər
Valideyinin tələbə haqqında daima məlumatlı olması

Dünya inkişaf etdikcə insanlar da inkişaf edir. Bir çox şey dəyişir və biz dəyişikliklərdən kənar qala bilmərik. İmtahan sistemi və ona hazırlıq mərhələsi də bu dəyişikliklərdən kənar qalmamışdır. Günəş Kurslarıda bu cür yeniliklər daim izlənilir və tədris mərkəzinin iş metodlarında öz əksini tapır.
Biz keyfiyyətimizi daha geniş auditoriyaya çatdırmaq üçün fəaliyyətimizə 5 yeni ofisimizlə başalayırıq. Siz artıq yeni tədris ilimizdə Badamdar, Yeni Yasamal, Sulutəpə1,Sulutəpə2 və Əhmədli ərazilərində də xidmətlərimizdən yararlana bilərsiniz. Məqsədimiz qısa müddətdə siz gənclərimizi "UĞURA APARAN YOL"un yolçuları etməkdir.