Kompyuter Istifadəçisi

Komputer

Ofis proqramları

Ofis proqramları 3 aylıq kursdur . Bu kurs sizə Windows XP, Word, Excel, Internet Explorer, Power Point proqramlarından istifadə etmək vərdişləri verir. Ofis işlərində, banklarda və s. bu kimi digər işlərdə çalışmaq istəyənlər üçün bu kurs çox əhəmiyyətlidir.

Proqramın müddəti üç aydır.

Həftəlik dərslərin sayı: 3 dərs ( hər bir dərs bir saat ).

Dərslər təcrübəli müəllimlər tərəfindən mükəmməl proqram əsasında keçirilir.

Dərslər fərdi şəkildə və 2 nəfərlik kiçik qruplarda tədris olunur.

Kursu bitirənlər imtahan verərək sertifikat əldə edirlər.

Bundan başqa Photoshop,Corel Draw və Autocad proqramları da tədris olunur.

Photoshop
Proqram haqqında:
Siz Photoshop – u öyrənərək qrafik dizaynlarının əsas növlərini - Afişa, Loqo, Broşur, Vizit kartı və s. hazırlamağı bacaracaqsınız. Bundan əlavə müxtəlif foto-montaj işlərini, şəkillər üzərində dəyişikliklər və s. bu kimi əməliyyatları yüksək səviyyədə yerinə yetirə biləcəksiniz.

Kimlər qatıla bilər?
Kurs reklam agentlikləri, mətbəə və tikiş sektorlarında, fotostudiyalarda işləmək istəyənlər və həvəskar dizaynerlər üçün nəzərdə tutulub.
Tələblər:
Kursa başlamaq üçün sadəcə başlanğıc səviyyədə kompyuter biliklərinə sahib olmaq kifayətdir.

CorelDRAW
«CorelDRAW’ın istifadə sahələri ağırlıqlı olaraq masaüstü yayımı, rəqəmsal çaplar, mətbəələr, tekstil firmaları, lövhəçilər, açıq hava reklamçıları və reklam təqdimat firmalarının quruluş və funksionallıq baxımından Adobe’un proqramlarına nisbətlə olduqca geridədir. Illustrator və InDesign’a görə daha sadə sahələr üçün seçim edilə biləcək bir proqramdır. Son illərdə Milli Təhsil Nazirliyinin da dəstəyiylə olduqca yüksək bir istifadə sahəsinə malikdir, bu səbəblə amatör yeni başlayan istifadəçilərin ilk seçdiyi proqramlar arasında başda gəlməkdədir.

— Əsas məlumatlar və anlayışlar
— Rəsm alətlər
— Rəng palitrası
— Rəsmlər formalaşdırmaq
— Rəsmlərdə təşkil
— Birdən çox obyekt ilə işləmək
— Obyekt meneceri və laylar
— Effektlər
— Bitmap qrafiklərlə çalışmaq
— Mətn işləmləri
— Cədvəllər
— Yazdırma və sənəd ixrac

Avto Cad
AutoCAD kursları layihə və konstruktor sənədlərinin işlənmə proseslərini avtomatlaşdırma imkanlarını öyrənmək üçün nəzərdə tutulmuşdur. AutoCAD sisteminin əsas məqsədi müxtəlif mövzulu layihələr üçün cizgilərin hazırlanmasıdır. Bu, daxili interyer obyektləri – stollar, stullar, kreslolar və s., yaxud müxtəlif mexanizmlərin layihələri (təyyarənin sadə bolt və qaykalardan başlayaraq tam yığım cizgisi), həmçinin elektrik sxem maketlərin hazırlanması ola bilər. AutoCAD kurslarında təlim keyfiyyətli metodik materiallardan istifadə etməklə dinləyicilərin təlim kurslarına tam cəlb edilməsinə əsaslanmışdır. AutoCAD kurslarında məşğələlər tələbələr üçün rahat vaxtda və sərbəst yaradıcı atmosferdə aparılır.
AutoCAD kursunun dinləyiciləri cizgilərin əməli yaradılması üsulları və cizgilərin tikinti, maşınqayırma və sair kimi növləri ilə tanış olacaqlar. Zəngin əməli təcrübəyə malik peşəkar müəllimlər obyektlərin əməli modelləşdirilməsi misalında üç ölçülü qrafikanın avtokad sistemində imkanlarından danışacaq.
Gələcəkdə AutoCAD kursu müstəqil olaraq mətbəx mebeli, ofis mebeli, o cümlədən interyerin digər predmetləri üçün müxtəlif növlü cizgilər və dizayn-maket layihələri hazırlamağa imkan verəcək.
AutoCAD kursları yeni zirvələri fəth etmək və qarşınızda qoyduğunuz məqsədə çatmaq üçün inamlı addımdır. Yeni perspektivlər açmaq və ixtisasınızı artırmaq imkanını əldən qaçırmayın
Kursların Proqramı:
Dərslər həftədə 3 dəfə olmaqla keçirilir;
Hər dərsin müddəti 1 saatdır;
Dərslər qrup və fərdi şəkildə tədris olunur.