Magistraturaya hazırlıq/ MBA hazırlığı

Magistratura və MBA hazırlıq

Günəş Kursları zəmanətli magistraturaya hazırlıq və MBA hazırlıq kursları təqdim edir. Tələbələrimiz qısa bir zamanda təcrübəli müəllimlərimiz tərəfindən tədris olunan informatika, məntiq, xarici dil, riyaziyyat üzrə tələblərə tam cavab verən yüksək səviyyəli təhsil alacaqlar.
MBA biznes idarəçiliyi üzrə magistr dərəcəsidir.
MBA ixtisası ilk dəfə 19-cu əsrdə Amerikada menecment ixtisasına elmi yanaşma məqsədi ilə formalaşdırılmışdır.
MBA ixtisasını magistratura imtahanının 1-ci mərhələsini keçmiş, istənilən ixtisas sahibi seçə bilər.
MBA magistratura imtahanının 2-ci mərhələsidir. Bu mərhələdə minimum bal 20 olmalıdır.
MBA ixtisasında Azərbaycan, Rus və İngilis dillərində təhsil almaq mümkündür.
MBA ixtisasını bitirmiş gənclər bank, maliyyə, mühasibatlıq, insan resurslarının idarə edilməsi və s. biznes sahələrində ixtisaslaşmaq imkanına malik olurlar.
MBA proqramına hazırlıq həftədə 3 dəfə, hər dərs 1 saat yarım olmaqla tədris olunur,Kursun davametmə müddəti 3 aydır.
Dərslər 3-5 nəfərlik qruplarda və fərdi olaraq keçirilir.
İmtahana 1 ay qalmış tələbələrlə intensiv şəkildə məşğul olunur.
Ayda 1 dəfə sınaq imtahanı keçirilir.
Kursumuzda tələbələrin rahatlığı üçün hər cür şərait yaradılmışdır.