Nəaliyyətlərimiz

Nəaliyyətlərimiz
Bizim siyasətimiz tələbələrimizlə uzunmüddətli münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə əsaslanır. Keyfiyyət məsələlərində heç bir zaman güzəştə getmədən fəaliyyət göstərmək bizim əsas prinsipimizdir. Bu prinsipə sadiq qalaraq biz tələbələrimizin və valideynlərimizin məmnunluğuna nail olmağa, fəaliyyətimizdə sabit liderlik mövqeyi qazanmağa, yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafımızda toplamağa və onlarla birlikdə inkişaf etməyə çalışırıq.
Göstərdiyimiz xidmətlərin etibarlı olması baxımından məsuliyyətimizin nə olduğunu bilərək hərəkət edirik.Komanda daxilində özünü təkmilləşdirmə prinsipinə üstünlük verir, müvəffəqiyyətə birlikdə nail olacağımıza inanırıq.
Bu səbəblərdən Günəş Kursları fəaliyyət müddətincə yüksək nəaliyyətlər əldə etməkdədir.

Fəaliyyət müddətində 1 nəfər məzunumuz 700 bal toplamışdır.
Ölkə üzrə 700 bal toplayan abituriyentdən biri Günəş Kurslarının məzunu oldu.
Mahirə Əsədzadə 162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb.

2016-cı il ali məktəblərə qəbul imtahanında 21 nəfər 550 baldan yuxarı nəticə göstərmişdir
Qəbul faizimiz 95% olmuşdur.

2016-2017 ci tədris ilində DİM-in Magistratura imtahanının I mərhələsində tələbələrimiz yüksək nəticə göstərərək Respublika üzrə ilk onluqda yer almışlar.

2015-2016-2017 ci tədris illərində orta məktəblərdə təhsil alan tələbəlrimiz və məktəbəqədər qruplarımızdan məzun balacalarımız Dəyanət,Avropa,İdrak,Zəkalar,Atatürk liseylərinə və orta məktəblərdə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək qəbul olmuşdurlar.

Şahmat üzrə müxtəlif yarışlarda birincilik əldə edən tələbələrimiz Pənalıyev Namiq,Pənalıyev Fateh,Cəbrayılov Arif, Kərimli Fidan və digər qaliblərimiz vardır.

Yeniliklər və dəyişikliklər nə olur olsun, Günəş Kursları ölkəmizdə təhsilin öndə dayanan özəl müəssisələrindən biri kimi bütün gedişatı izləyir və tədrisini buna görə qurur.Bizimlə uğura doğru addımlayın.
BİZ XİDMƏTLƏRİMİZƏ ÖZ ADIMIZLA ZƏMANƏT VERİRİK!