Rəssamlıq

Rəssamlıq
Bədii zövqün, estetik mədəniyyətin, vizual yaddaşın, mücərrəd və məntiqi təfəkkürün formalaşmasında təsviri incəsənətin çox böyük rolu vardır. Bu istiqamətdə Günəş Kursları-nın təqdim etdiyi Təsviri İncəsənət Təlimləri estetik dünyagörüşünün, daxili zənginliyin, qeyri-adi istedadın inkişaf etdirilməsi üzrə, həmçinin abituriyentlərə qabiliyyət imtahanını keçmək üzrə yüksək keyfiyyətli xidmətlər təklif edir.

Kursumuzun sizlərə təqdim etdiyi təlimlər ilə təsviri incəsənətin sirlərinə ən yüksək səviyyədə yiyələnmək imkanı əldə edirsiniz. Bizim təlimlərə qoşulmaqla, siz birbaşa peşəkar rəssamlardan dərs alacaqsınız. Təlimçilərimiz respublikamızda, eləcə də öz əsərlərilə dünyanın bir sıra ölkələrində tanınan və sevilən peşəkarlardır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunun qabaqcıl müəllimlərindən, eləcə də Azərbaycan Rəssamlar İttifaqının qabaqcıl üzvlərindən dərs almaq, onların tövsiyələrini dinləmək şansı əldə edəcəksiniz.

Rəsm təlimlərimiz bir neçə istiqamətdə təşkil olunur:

Kurs PesekarAkademik təlimlər – Rəssamlıq, heykəltəraşlıq, dizayn və bu kimi digər sahələr üzrə hazırlaşan abituriyentlərə qabiliyyət imtahanlarını asanlıqla keçmək üçün təklif olunan təlimlər. Xüsusi proqram üzrə qabiliyyət imtahanlarının strukturuna uyğun şəkildə təşkil olunan bu kurslar professionallar tərəfindən tədris olunur. Təlimçilərimiz uzun müddətli peşəkar təcrübələrini Sizinlə paylaşacaqlar.

Kurs Heveskar təlimlər – Təsviri incəsənətə marağı olan və müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı şəxslərin marağını daha da dərinləşdirmək, qabiliyyətini daha da artırmaq istiqamətində təklif olunan təlimlər. Vaxtını səmərəli, təsviri incəsənətdən həzz alaraq keçirmək istəyən, yaxud bu sahəyə xobbi kimi yanaşan şəxslər üçün əvəzsiz bir imkandır. .

Kurs usaqUşaqlar üçün intellektual rəsm təlimləri – 5 yaşından yuxarı balaca dostlarımız üçün onların mövcud rəsm bacarıqlarının artırılması, dünyagörüşlərinin dərinləşməsi, vizual yaddaşın, mücərrəd və məntiqi təfəkkürün formalaşması istiqamətində təklif etdiyimiz rəsm təlimləri. Biz həm də onların yerli və beynəlxalq sərgilərdə iştirakını təmin edirik. Balaca dostlarımızın əsərləri bir çox beynəlxalq sərgilərdən qalibiyyətlər gətiriblər.

Biz uşaqlara təkcə rəsm çəkməyi deyil, həm də öz fikirlərini rəsmlə ifadə etməyi öyrətməyə çalışırıq. Bu da onların düşünmə qabiliyyətini genişləndirməyə, hər hansı mövzuya düzgün yanaşma tərzini uşaqlıqdan formalaşdırmağa kömək edir.
Tələbələrin istəyini nəzərə alaraq bütün mövzularda rəsm əsərlərinə yer verilir.
1) Qrafika
2) Peyzaj
3) Naturmort
4) Kompazisiya
5) Karandaşla Rəsmlər materiallar

Fəxrlə bildirək ki, balaca dostlarımız müxtəlif beynəlxalq sərgi və müsabiqələrdən qalibiyyətlər əldə ediblər. Onların Yaponiya, Çin, Finlandiya, Polşa, Çexiya, Belarusiya, Sloveniya və s. ölkələrdə keçirilən rəsm müsabiqələrindən qazandıqları diplom və medallar həm də bizim uğurumuzdur.