Şahmat

Şahmat

Övladlarınızın məntiq və təfəkkürünü inkişaf etdirmək, əylənərək düşünmək bacarığını artırmaq və dünyagörüşünün formalaşmasını istəyirsinizsə, onları təcrübəli beynəlxalq usta dərəcəli müəllimlər tərəfindən tədris olunan Şahmat proqramına dəvət edirik!
Dərslər həftədə 2 dəfə 1,5 saat olmaqla keçirilir.

Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növü.

Şahmat dünyanın ən qədim oyunlarından biridir.
Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir.
Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.

Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və “Çaturanga” adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinmək­dədir.

VI əsrdə İran şahı I Khusrova Hindistan padşahı tərəfindən şahmat hədiyyə edildikdən sonra oyun “çatranq” adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı “satranj” olaraq dəyişikliyə uğra­mışdır.

İranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərə­findən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayıl­mış olan şahmat sonralar bütün Avropada sevilərək oynanılmağa başlanılmışdır.

X əsrdə şahmat bizanslılar, ruslar və vikinqlər tərəfindən oynanılmağa başlanmışdır.
Azərbaycanda şahmat — intellektual idman növü tarixən geniş yayılmışdır.