TOEFL


TOEFL
TOEFL (Test of English as a Foreign Language). TOEFL testi ABŞ, yaxud Kanada ali təhsil ocaqlarında oxumağa hazırlaşan, MBA proqramlarına daxil olmaq istəyən şəxslər, və işəgötürənləri TOEFL üzrə biliyi məcburi işəgötürmə şərti kimi irəli sürən şəxslər üçün nəzərdə tutulmuşdur.
TOEFL test sistemi verilən cavablar arasında düzgün cavabın seçilməsini tələb edən müxtəlif növ suallardan ibarətdir.

TOEFL iBT (internet-based version of the TOEFL) — TOEFL beynəlxalq imtahanının yeni internet – versiyasıdır.
Testin yeni formatı dil bilgisinin dörd növü üçün nəzərdə tutulmuşdur: şifahi danışıq, oxunan mətnin başa düşülməsi, dinləməklə şifahi nitqin başa düşülməsi və yazı: Reading, Listening, Writing & Speaking
Testin ümumi davametmə müddəti təxminən dörd saatdır. TOEFL iBT-də testin əvvəlki versiyasından tapşırıqlar, eləcə də ümumiləşdirmə prinsipi üzrə tərtib edilmiş və bir neçə dil vərdişlərinə toxunan yeni tapşırıqlar verilir.
Speaking (şifahi nitq) yeni bölməsində qulaqcıq və mikrofon vasitəsilə yerinə yetirilməsi lazım olan 6 tapşırıq verilir. Writing bölməsi genişləndirilmiş və essenin oxunmuş mətn və ona verilən şərh əsasında yazıldığı ümumiləşdirilmiş tapşırıqlardan ibarətdir. Test zamanı qeydlərin edilməsinə icazə verilir.
TOEFL beynəlxalq sertifikatı 2 il müddətində etibarlıdır.

TOEFL dərslərimiz fərdi və kiçik qruplar şəklində təşkil olunur.