Könüllü

Könüllülük işi ümumiyyətlə cəmiyyətdə insanların maddi qarsılıq gözləmədən cəmiyyətin və insanların həyat fəaliyyətinin keyfiyyətini artırmaq üçün nəzərdə tutulmuş könüllü bir fəaliyyətdir. Burada könüllülərin məqsədi həm insanlara yardım etmək, eyni zamanda şəxsi bilik ve bacarıqlarının inkişaf etdirilməsidir.
“Gunəş” kurslarının könüllüler programı universitetin 4 cü kurs tələbələri, yeni məzunlar ve iş həyatına yeni başlamaq istəyən insanlar üçün nəzərdə tutulmuşdur. Programın müddəti 3 ayi əhatə edir. Könüllülər programda iş etikasının formalaşdırılması, iş sferasinda professional davranış qaydaları, sənədlərlə işləmək, insanlarla professional ünsiyyət qura bilmə bacarığı, yaranmış problemin tez bir zamanda həlli yollarını, eyni zamanda şəxsi bilik ve bacarıqlarını formalaşdıracaqlar. Programın əsas məqsədi gənclərin məsğuliyyət səviyyəsinin daha da optimallaşdırılması, gənclərin karyera yolunda daha uğurlu addımlaması üçün onlara yardım olacaq bilik ve bacarıqların ötürülməsidir.
Programı uğurla bitirən hər bir könüllü sonda “Günəş” kurslarında işlə təmin olunmaq imkanı qazanacaq.

CV göndər