Xarici Dillər

Xarici Dillər
GÜNƏŞ KURSLARI sizə cəmi bir neçə ay ərzində müxtəlif xarici dilləri mükəməl səviyyədə öyrənmək imkanı verir. Biz aşağıdakı xarici dil kurslarını təqdim edirik:
İngilis dili
Alman dili
Ərəb dili
Rus dili
Fransız dili
Türk dili
və digər xarici dillər.
Eyni zamanda xaricilər üçün Azərbaycan dili kurslarımızdan əksər xarici ölkələrin vətəndaşları faydalana bilər.
DİL KURSLARIMIZ haqqında daha ətraflı
İstifade etdiyimiz xüsusi proqram sizin dil biliyinizi qısa müddətdə inkişaf etidirməyiniz üçün bir stimul olacaq!
Kursun Proqramı 6 səviyyədən ibarətdir:

A1 – Beginner level (Başlanğıc Səviyyə)
A2 – Elementary level (Elementar Səviyyə)
B1 – Pre-Intermediate level (Aşağı Orta Səviyyə)
B2 - Intermediate level (Orta Səviyyə)
C1 – Upper Intermediate level (yüksək orta Səviyyə)
C2 – Advanced level (Mükəmməl səviyyə)

Hər səviyyənin proqramı 2 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 3 ay olur, bəzən 4 ayadək davam edir.
Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 1 saat da Ünsiyyət Klubu təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla keçirilir.
Kursun Əhəmiyyəti:
Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.
Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.
Kursun Qaydaları:
Hər ayın sonunda ay sonu imtahanı, hər səviyyənin sonunda isə səviyyə imtahanı təşkil olunur, imtahanda 65 faiz və yuxarı nəticə göstərdiyiniz halda növbəti səviyyəyə keçirsiniz. İmtahan danışıq, yazılı, qramatik və dinləmədən (qulaq asmaqdan) ibarət olur.

Əgər Siz bizim verdiyimiz yüksək keyfiyyətli tədrislə öz üzərinizə düşəni yerinə yetirərsizsə, o halda qısa bir müddətdə sərbəst danışacağınıza əmin ola bilərsiz.