Lənkəran Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb

Lənkəran Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb
Azedupress.com-a istinadən,Lənkəran Dövlət Universiteti (LDU) ilə qardaş Türkiyə Cumhuriyyətinin Qars Qafqaz Universiteti arasında qarşılıqlı 2 tərəfli və Mövlanə proqramı çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilənin əsas məqsədi təhsil, elm, mədəni sahələrdə ortaq layihələr işləmək, araşdırmalar aparmaq, tələbə və akademik hetətin mübadiləsini təşkil etmək, elmi konfranslar və texniki turlar, idman yarışları həyata keçirməkdir.
Mövlana Dəyişim Proqramı çərçivəsində imzalanmış müqaviləyə əsasən Azərbaycan dili və ədəbiyyatı, tərcümə, biznesin təşkili, iqtisadiyyat, turizm və otelçilk, ibtidai təhsil, baytarlıq, tarix, riyaziyyat, kompüter mühəndisliyi, qida məhsulları mühəndisliyi, biologiya ixtisasları üzrə kadrların hazırlanmasında hər iki ali təhsil ocağının təcrübəsindən istifadə olunacaq. Qarşılıqlı əməkdaşlığa dair müqavilə 3 il müddətinə bağlanıb.
Qeyd edək ki, LDU elm və təhsilin dünya elminə inteqrasiyası məqsədi ilə Rusiya və Türkiyə Cümhuriyyətinin bir neçə ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdsaşlığa dair müqavilələrə imza atıb.