Türkiyənin səfiri ADAU-da olub

Türkiyənin səfiri ADAU-da olub
Azedupress.com-a istinadən,Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaq universitetin Aqrar elm, Təhsil və Cümhuriyyət muzeyi, burada olan eksponatlarla yaxından tanış olub. Muzeyin direktoru Şəhla Məmmədova qonağın maraq göstərdiyi bölmə və eksponatlar barədə dolğun məlumatlar verib. Səfir həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi tarixi binanı gəzib. Qonağı Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşıkla müşaiyət edib. Sonda səfir Erkan Özoral muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb.