UTECA-da məktəblilər üçün növbəti olimpiada təşkil olunub

UTECA-da məktəblilər üçün növbəti olimpiada təşkil olunub
Azedupress.com-a istinadən,Azərbaycan Texnologiya Universitetində (UTECA) EDU Grata Təhsil Mərkəzinin tərəfdaşlığı, “Ofisait” şirkətinin sponsorluğu və Gəncə şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə məktəblilər üçün İnformatika olimpiadası təşkil olunub. Olimpiadada Gəncə məktəblərinin 10 və 11-ci siniflərində oxuyan 150 şagird iştirak edib. Məktəblilər 1 saat ərzində 25 test sualına cavab verməklə bilik səviyyələrini müəyyən etməyə çalışıblar. Olimpiada nəticələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra 1,2 və 3-cü yer tutan şagirdlər UTECA tərəfindən fəxri fərmanla və EDU Grata Təhsil Mərkəzi tərəfindən hədiyələrlə təltif olunacaq.